"Mehmetcik" öldürücü zərbə vurmağa HAZIRDIR - Ərdoğan ANONS VERMİŞDİ
Bizi izləyin

Region

"Mehmetcik" öldürücü zərbə vurmağa HAZIRDIR - Ərdoğan ANONS VERMİŞDİ

“Qəndil bizim üçün artıq uzaq bir hədəf deyil. Şimali İraqda Hakurk xəttində bir çox nöqtə ələ keçirildi”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“Millətimiz “Qəndil nə olacaq?” deyə düşünməsin. Bizim üçün indi zamanlama önəmli. Bu, bir əməliyyat deyil, zamanlama məsələsidir. Qəndil Türkiyə üçün etibarlı bir yer halına gətiriləcək. Kimsə narahat olmasın”, - o deyib.

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatının əsas bazası olan Afrini “Zeytun budağı” hərəkatı ilə təmizlədikdən sonra İraqın şimalında PKK düşərgələrinə qarşı əməliyyatlara başlayıb. Müvəffəqiyyətli əməliyyatlarla İraqın şimalında Hakurk, Bermize, Kalereş və Sidekan yaşayış məntəqələrinin yerləşdiyi Bradost bölgəsində nəzarət tamamilə təmin edilib.

Bununla da, Türkiyə ordusu Şimali İraqda 22 kilometr dərinliyə çatıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Diyarbəkrdə mitinqdə çıxışı zamanı Qəndil əməliyyatının anonsunu verib.

“Təbii ki, bir gün Qəndilə də növbə çatacaq”, - Ərdoğan söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm