
Türkiyənin Gaziantep şəhərində özəl xəstəxanaların birində yanğın baş verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsinə 2 nəfər ölüb, 5 nəfər isə tüstüdən zəhərlənib.
Hadisənin dəqiq səbəbi bilinməsə də, ilkin ehtimala görə, hadisə enerji anbarında həddən artıq yüklənmə səbəbindən baş verib.
Tüstü səbəbindən reanimasiya şöbəsində müalicə olunan 25, müxtəlif şöbələrdəki 10 nəfər, eləcə də 45 yeni doğulan körpə və 5 xəstəxana əməkdaşı təxliyə edilib. Xəstələr müxtəlif xəstəxanalara yerləşdirilib.
Təxliyə zamanı reanimasiyada olan 2 xəstə tüstüdən zəhərlənərək ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gülxar