Region
“Şəhərə girmə vaxtıdır” - “Mehmetcik”in növbəti hədəfi AÇIQLANDI
“ABŞ hakimiyyəti Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması üzrə müqaviləyə görə Ankara ilə münasibətləri korlamaq istəmir”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə bildirib.
ABŞ-ın İrana qarşı atdığı addımlarına toxunan nazir Ankaranın bu məsələdə Vaşinqtonun mövqeyi ilə razılaşmadığını deyib.
“ABŞ-ın yeni administrasiyası “nüvə razılaşmasından çəkilirəm” dedi. Ancaq Avropa İttifaqı və İran razılaşmaya riayət etmək istəyir. Ancaq ABŞ əlavə sanksiyalar tətbiq edir. “Mənim qərarım belədir, digər ölkələr də bu qərara riayət etmək məcburiyyətindədir” deyə bir şey yoxdur. Bu iş belə davam edə bilməz. “S-400” alsan, sanksiyalar tətbiq edəcəyəm” deyir. Tətbiq etsə, cavabını görəcək. İran kimi bir ölkənin küncə sıxışdırılması düzgün deyil. İsrailin tələbi ilə İran barəsində qəbul edilən bu qərarları doğru hesab etmirik. Hörmətli Prezidentimiz də bunu dəqiq şəkildə söylədi. Bölgəmizdə gərginlik istəmirik. ABŞ-ın qəbul etdiyi qərarlara yalnız biz deyil, Avropa İttifaqı ölkələr də qarşı çıxır”, - Çavuşoğlu vurğulayıb.

Xarici siyasət idarəsinin başçısı ABŞ və Türkiyə arasında əldə olunan Münbiç razılaşmasından da danışıb. Onun sözlərinə görə, Münbiçdə işlər tamamlandıqdan sonra prosesin digər bölgələrdə də davam etdiriləcəyinə dair “Yol xəritəsi”ndə dəqiq razılaşma var. Nazir hazırda Münbiç üçün hazırlanan “Yol xəritəsi”nin icra edildiyini və şəhərə girmə vaxtının gəldiyini söyləyib.
“Prosesin Münbiçdən sonra digər bölgələrdə davam etdiriləcəyi “Yol xəritəsi”ndə yer alıb. Buranı kimlərin idarə edəcəyinə dair ABŞ-la birgə qərar verəcəyik. Türkiyədəki suriyalılar də bu bölgələrə dönməsi üçün əlimizdən gələni edəcəyik. Sonda PKK Fəratın şərqindən də çəkiləcək”, - Çavuşoğlu söyləyib.
Ömər Dağlı
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil





































.jpg)
.jpg)
