Türkiyədə 1617 nəfər ömürlük həbs cəzasına məhkum edildi
Bizi izləyin

Region

Türkiyədə 1617 nəfər ömürlük həbs cəzasına məhkum edildi

Türkiyə bu gün 2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının hərbi çevrilişə cəhdinin ikinci ildönümünü qeyd edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ədalət Nazirliyinin açıqladığı son məlumatlara görə, çevriliş cəhdindən sonra Türkiyə daxilində 289 cinayət işi açılıb.

Onlardan 184-ü tamamlanaraq hökm çıxarılıb, 105 cinayət işi hələ davam edir.

Hökm çıxarılan 184 cinayət işi çərçivəsində 729 şübhəli ağırlaşdırılmış ömürlük, 888 şübhəli ömürlük, 655 şübhəli isə 1 il 2 aydan başlayaraq 20 ilə qədər müxtəlif müddətlərdə həbs cəzalarına məhkum edilib.

Bundan başqa, qiyam iştirakçılarına qarşı ümumilikdə 112 milyon 524 min lirə tazminat iddiası qaldırılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm