Ərdoğana 359 min lirə təzminat ödəniləcək – VİDEO
Bizi izləyin

Region

Ərdoğana 359 min lirə təzminat ödəniləcək – VİDEO

Ankara məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana 359 min lirə (təxminən 100 min dollar –red.) mənəvi təzminat ödəməsinə qərar verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təzminat iddiası CHP liderinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, uşaqları və digər yaxınlarının Man adasına pul transferi etdiyi barədə iddialar səbəbiylə qaldırılmışdı.

İddia ərizəsində Ərdoğan üçün 500 min lirə (təxminən 140 min dollar), uşaqları və digər yaxınları üçün isə ümumilikdə 1 milyon lirə (təxminən 240 min dollar) mənəvi təzminat tələb edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm