İranda zəlzələ nəticəsində zərərçəkənlərin sayı 287-yə çatdı
Bizi izləyin

Region

İranda zəlzələ nəticəsində zərərçəkənlərin sayı 287-yə çatdı

İranda zəlzələ nəticəsində zərərçəkənlərin sayı 287-yə çatıb. Bu haqda Kermanşah əyalətinin qubernatoru Xuşand Bazvanda istinadən "Tasnim" agentliyi bildirib.

"Zəlzələ nəticəsində 287 insan yaralanıb. Zəlzələdən 43 kənd zərər çəkib, 101 bina tamamilə dağılıb", - qubernator deyib.

O həmçinin əlavə edib ki, kəndlərdə və əyalətin şəhərlərində 800-dən çox bina qismən dağılıb. Hazırda təmir işləri aparılır.

***

Bu gün İranın qərbində yerləşən Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu haqda yerli televiziyaya istinadən “Röyters” agentliyi bildirib.

İranda gün ərzində baş verən üçüncü zəlzələnin gücü 5,9 təşkil edib.

Bu gün, həmçinin İranın cənubunda da 4,6 və 5,4 bal gücündə zəlzələ olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm