Oktarı həbsxanada ilk olaraq ziyarət edən GÖRÜN KİM OLDU: doğum həkimi... - FOTO/VİDEO
Bizi izləyin

Region

Oktarı həbsxanada ilk olaraq ziyarət edən GÖRÜN KİM OLDU: doğum həkimi... - FOTO/VİDEO

Bir həftə əvvəl həbs olunan Adnan Oktar Silivri Həbsxanasından Türkiyənin Ədirnə bölgəsində yerləşən F Tipli həbsxanaya göndərilməsinin ardından ilk ziyarətçilərini qəbul edib.

Publika.az xəbər verir ki, Adnan Oktarın həbsxana günləri ilə bağlı maraqlı detallar ortaya çıxamağa başlayıb. Həbsxanada onu ilk olaraq doğum həkimi olan böyük qardaşı Kənan Oktar və onun oğlu Qəmzə Oktar ziyarət edib. Yarım saat davam edən görüş qapalı şəkildə və nəzarətçilərin iştirakı ilə keçirilib. Pəncərə arxasından Adnan Oktarla söhbət edən qardaşının hansı mövzuda danışdığı ilə bağlı məlumat verilmir.

Adnan Oktara da digər məhbuslar kimi normal şərtlər altında həftədə bir dəfə qapalı, ayda bir dəfə də açıq görüş imkanı verilir. Ancaq həbsxananın daxili nizam-intizam qaydalarını pozduğu təqdirdə bu hüququndan məhrum ediləcək.

Xatırladaq ki, Adnan Oktar araşdırması çərçivəsində İstanbul Cümhuriyyət Baş Prokurorluğunun açıqlamasına görə, 187 nəfər saxlanılıb. Onlardan 168-i həbs olunub. Tutulanların sayı Adnan Oktarın dünən həbs edilən şəxsi cangüdəni Cüneyd Özyaşar ilə birgə 169 nəfərə çatıb. Bəzi qaçaq Adnan tərəfdarları isə hələ də axtarılır.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm