Region
İran, Rusiya və Türkiyənin... – Ankaradan ABŞ-a SƏRT MESAJ
ABŞ-ın sanksiyalar tətbiq etdiyi ölkələrə düşmən münasibəti özünü doğrultmayacaq.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bildirib.
“Avrasiyada İran, Rusiya və Türkiyəyə düşmən münasibət hər gün inkişaf edir. Bizim dövlətlərin sıx əməkdaşlığı və həmrəyliyini nəzərə alaraq, bu münasibət özünü doğrultmayacaq. Dollar ABŞ-ın tək müttəfiqidir”, - o deyib.
Bu gün həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “Daily Sabah” qəzetində yazıb ki, ABŞ Türkiyəni müttəfiq kimi qəti itirmək riski ilə üz-üzədir.
Ötən gün isə “The New York Times” qəzetində Ərdoğanın özünün məqaləsi dərc edilib. O yazıb ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli hərəkətləri Amerikanın maraqlarına zərbə vurur və Ankaranı yeni müttəfiqlər axtarmağa məcbur edir.
Qeyd edək ki, iki ölkənin münasibətləri ABŞ prezidenti Donald Trampın alüminium və poladin idxal rüsumlarını müvafiq olaraq 20 və 50 faiz yüksəltməsindən sonra daha da pisləşib. Vaşinqton PKK və FETÖ terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunaraq Türkiyədə saxlanılan rahib Endryu Brunsonun azad edilərək ABŞ-a göndərilməsini tələb edir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu