Məhkəmə rahib Bransonla bağlı QƏRAR VERDİ – Türkiyəni yeni MÜHARİBƏ GÖZLƏYİR
Bizi izləyin

Region

Məhkəmə rahib Bransonla bağlı QƏRAR VERDİ – Türkiyəni yeni MÜHARİBƏ GÖZLƏYİR

Türkiyənin ikinci Ağır Cinayətlər Məhkəməsi amerikalı rahib Endryu Bransonla bağlı qərar verib.

Publika.az
xəbər verir ki, məhkəmə Bransonun ev həbsinə etirazını qəbul etməyib və aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Türkiyənin İzmir şəhərində ev həbsində saxlanılan rahibin vəkili İsmayıl Cem Halavurt məhkəməyə etiraz ərizəsinə Endryu Bransonun Türkiyəni tərk etməsi maddəsini də əlavə edib.

Qeyd edək ki, rahib Brunson Türkiyədə FETÖ və PKK terror təşkilatlarına dəstək ittihamı ilə həbs olunub. Əvvəlcə həbsxanada olan rahibin cəzası sonradan ev həbsinə dəyişdirilir. Rahibin həbsindən sonra ABŞ Türkiyəyə qarşı iqtisadi müharibə elan edib. Vaşinqton rahibin təcili şəkildə azad edilməsini tələb edir, Türkiyə isə buna qarşı çıxaraq, məsələnin daxili işi olduğunu bildirir. Branson haqqında qərarın dəyişdirilməməsi ABŞ-Türkiyə müharibəsinin daha da qızışacağı ehtimalını gücləndirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm