Region
“Onlar bizi hələ tanımadılar, amma tanıyacaqlar” – Ərdoğan MEYDAN OXUDU
“Bizi iqtisadiyyat üzərində sıxmağa çalışırlar. Onlar bu milləti tanımayıblar, amma tanıyacaqlar”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın iqtisadi hücumlarını şərh edərkən deyib.
“İndi bizi iqtisadiyyat üzərindən sıxışdırmağa çalışırlar. Əlbəttə, Türkiyənin iqtisadiyyatda həll edilməli olan struktur problemləri mövcuddur Biz onları onsuz da bilirik və həll etməyə çalışırıq. Ümid edirəm ki, bu dalğanın öhdəsindən gələcəyik.Türkiyənin alternativsiz olmadığını hər kəs görəcək”, - Türkiyə prezidenti bildirib.
O bildirib ki, NATO-da strateji ortaq olan bir ölkənin Türkiyə kimi strateji partnyoru ilə bu şəkildə davranmasını heç bir cümlə ifadə edə bilməz.
“Bizi elə təhdidlərlə, ifadələrlə geri addım atmağa məcbur etmək mümkün deyil. Biz elə bir tarixin övladlarıyıq ki, bizi susdurmaq mümkün deyil. Demək, bu milləti tanımadılar, amma tanıyacaqlar. Biz bir ölürük, min dirilirik. Bu, xarakterimizdir”, - Ərdoğan əlavə edib.
Prezident Türkiyənin çox dəqiq hədəflərə sahib bir ölkə olduğunu vurğulayıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı