İtkin düşən qadından ŞOK SÖZLƏR: "Meşədə ayı və canavar..."
Bizi izləyin

Region

İtkin düşən qadından ŞOK SÖZLƏR: "Meşədə ayı və canavar..."

“Ayı və canavar yanıma gəldi, mənə baxdılar, amma heç nə etmədən çıxıb getdilər”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Ərzurum Aşkale bölgəsində 3 gün əvvəl itkin düşən qadın deyib.

İki uşaq anası, 34 yaşlı Pınar Urçar 3 gün əvvəl qaynatasının evindən anasıgilə gedərkən itkin düşüb.

Yolda o çantasının qaynatasının evində qaldığını xatırlayıb. Oğlu çantanı götürmək üçün geri qayıdıb, gələndə anasını tapmayıb. Psixoloji problemi olan qadını tapmaq üçün günlərdir vətəndaşlar və polis səfərbər olub. Gərgin axtarışlardan sonra qadın bir ağacın altında tapılıb.

Qadının yaxınları onun hazırda müayinə məqsədilə xəstəxanada olduğunu bildirib.

Yaxınlarının sözlərinə görə qadın yolunu azaraq itkin düşüb, doğru yolu tapmaq üçün saatlarla gəzib. 3 gün ərzində itburnu yeyərək sağ qalıb.

“Ayı və canavar yanıma gəldi, mənə baxdılar, amma heç nə etmədilər. Çox qorxdum, 3 gün yatmadım”.

Qadın tapılandan sonra qaynatası qurban kəsib. O, gəlinini tapmaq üçün səfərbər olan hər kəsə təşəkkür edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm