Terrorla bağlı İrandan İLK AÇIQLAMA: ABŞ və Səudiyyə Ərəbistanı...
Bizi izləyin

Region

Terrorla bağlı İrandan İLK AÇIQLAMA: ABŞ və Səudiyyə Ərəbistanı...

Bu gün səhər saatlarında İranda hərbi parad zamanı baş vermiş terror aktı ilə bağlı ilk rəsmi açıqlama xarici işlər naziri Məhəmməd Cavad Zərifdən gəldi.

Publika.az xəbər verir ki, ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitter hesabında teror aktı ilə bağlı belə yazıb.

“Xarici rejim tərəfindən öyrədilən, silahlandırılan və dəstəklənən terrorçular Ahvaza hücum etdi. Hücum zamanı uşaqlar və jurnalistlər hədəf olub. İran bu hücumlarda bölgədəki terror təşkilatları və onların amerikalı rəhbərlərini günahlandırır. İran xalqını qorumaq üçün sürətli və qərarlı cavab verəcək”.

İnqilabçı mühafizəçilərin sözçüsü Ramazan Şərif isə hücum edən şəxslərin Səudiyyə Ərəbistanının müdafiə etdiyi "Əl-Ahvaziya" təşkilatına bağlı olduqlarını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm