İlber Ortaylıya yüksək VƏZİFƏ VERİLDİ
Bizi izləyin

Region

İlber Ortaylıya yüksək VƏZİFƏ VERİLDİ

Tanınmış türkiyəli tarixçi alim, professor İlber Ortaylı Mədəniyyət və Turizm Nazirliyinin müşaviri təyin edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda nazir müavini Haluk Dursun bildirib.

İlbər Ortaylı 1947-ci il 21 mart tarixində Avstriyanın Bregenz şəhərində Krım tatarı ailəsində dünyaya gəlib. Cəmi iki yaşında ikən ailəsilə birgə Türkiyəyə köçür. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsini tarix ixtisası üzrə bitirib, təhsilini Vyana Universitetində, ardınca isə Çikaqo Universitetində davam etdirir. 1982-ci ildə Türkiyə ali məktəblərində aparılan siyasi islahatlara etiraz olaraq istefa edir. Bu müddət ərzində Moskva, Paris, Vyana, Roma, Strazburq, Sofiya, Kembric, Oksford və digər şəhərlərin ali təhsil olacaqlarında seminarlarla çıxış edir.

Professor Ortaylı hazırda Qalatasaray və Bilkend Universitetlərində hüquq dərsi verir. Rus, alman, fransız, italyan, fars və latın dillərini bilir.

O, türk dünyası ilə yanaşı, Azərbaycanda da çox məşhurdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm