Region
Jurnalisti öldürmək üçün bunu MƏŞQ EDİBLƏR: tükürpədici İDDİA - - FOTO
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı daha bir tükürpədici məqam üzə çıxıb.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, öldürüldüyü iddia olunan səudiyyəli jurnalistin oradan aparılması üçün istifadə olunan mikroavtobus bir gün əvvəl sınaq məqsədiylə konsulluğun qarajına yerləşdirilib.
Bu informasiya isə jurnalistin aradan götürülməsi əməliyyatının öncədən planlaşdırıldığı barədə iddiaları gücləndirmiş oldu.
Daha əvvəl ABŞ-ın “Vaşinqton Post” nəşri iddia etmişdi ki, ABŞ kəşfiyyatının əlinə keçən səs yazılarına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Camal Qaşıqçının bəzi vədlərlə ölkəyə dönməsinin təmin edilməsi, daha sonra isə həbs olunması barədə əmr verib.
“Anadolu” agentliyinin xəbərində isə deyilir ki, son 4 aydır şahzadəyə yaxın səlahiyyətlilər Qaşıqçıya zəng edərək Səudiyyə Ərəbistanına dönməsi halında, xüsusi mühafizə və yüksək vəzifələr təklif ediblər. Bu haqda jurnalistin bəzi yaxınları bildiriblər.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.
Ömər
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu