Səslərin 97 faizi hesablandı: qalib məlumdur (YENİLƏNDİ)
Bizi izləyin

Region

Səslərin 97 faizi hesablandı: qalib məlumdur (YENİLƏNDİ)

Son məlumata görə, səslərin 97% faizi hesablanıb. Hazırkı nəticələrə görə Zurabişvili 59,6%, Vaşadze isə 40,4 faiz səs toplayıb.

***

Gürcüstanda 28 noyabrda keçirilən prezident seçkisinin ikinci turunun ilkin nəticələri açıqlanıb.

Gürcüstan MSK hazırda səslərin 3705 seçki məntəqəsinin 1181-nin (32%) nəticələri hesabladığını açıqlayıb. Sayılan bülletenlərə əsasən, hakim Gürcü Arzusunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 57,37 (262 826 səs), Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkat partiyasının da dəstəklədiyi müxalifətin vahid namizədi Qriqol Vaşadze isə 42,63% (195 305 səs) toplayıb.

“Bu nəticələr əlbəttə ki. dəyişəcək, çünki cəmi bülletenlərin 32%-i hesablanıb. Nəticələr hesablandıqca ictimaiyyət “live-rejim”də onu izləyə biləcəklər”, - Gürcüstan MSK-nın sədri Tamar Jivaniya mətbuat konfransında deyib.

Seçici aktivliyi 56,23% olub.

***

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un yekun nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, "Imedi" telekanalının sifarişi ilə “Gallup International” beynəlxalq assosiasiyasının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 57 faiz səs toplayıb. Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir.

Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 43 faiz səs toplayıb.

***

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, “Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

“Gallup International” təşkilatının apardığı “exit-poll”un nəticəsinə əsasən isə S.Zurabişvili 58%, Q.Vaşadze 42% səs əldə edib. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm