Ərdoğan Paraqvaya getdi - TARİXİ SƏFƏR - - FOTO
Bizi izləyin

Region

Ərdoğan Paraqvaya getdi - TARİXİ SƏFƏR - - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paraqvaya rəsmi səfər edib.

Publika.az xəbər verir ki, Türkiyə Prezidentini həyat yoldaşı Əminə Ərdoğan, xəzinə və maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hulusi Akar, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və ticarət naziri Ruhsar Pekcan müşayiət edib.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Paraqvaya səfər edən ilk türkiyəli prezident kimi tarixə düşüb.

Ərdoğanı Paraqvay Prezidenti Mario Abdo Benitez tərəfindən qəbul edilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Argentinada keçirilən “Böyük iyirmilik” sammitindən sonra Cənubi Amerika turnesinə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm