Region
Tramp Ərdoğanla telefonla danışdı
Yanvarın 14-də axşam saatlarında ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələrlə yanaşı, Suriyada baş verən proseslər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan həmkarının ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması barədə qərarını məmnunluqla qarşıladıqlarını vurğulayıb və Türkiyənin bu prosesdə NATO-dakı müttəfiqi Birləşmiş Ştatlara hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Bölgədə hakimiyyət boşluğunun yaranmaması üçün “Münbiç Yol xəritəsi”nin başa çatdırılmasının, ABŞ ordusunun Suriyadan çıxarılmasına mane olmaq istəyən qüvvələrin cəhdlərinin qarşısının alınmasının vacibliyini vurğulayan prezidentlər Suriyanın ərazi bütövlüyü prinsipi əsasında ölkənin şimalında terrorçulardan təmizlənmiş təhlükəsizlik bölgəsinin yaradılması məsələsini də müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin kürdlərlə heç bir probleminin olmadığını bildirərək, ölkəsinin məqsədinin milli təhlükəsizliyə təhdid yaradan terror təşkilatları – İŞİD, PKK və onun Suriyadakı qolu ilə mübarizə aparmaq olduğunu deyib.
Telefon danışığında, həmçinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə də fikir mübadiləsi aparılıb.
Prezidentlərin telefon söhbəti ilə bağlı Ağ Evin rəsmi açıqlamasında dövlət başçılarının ABŞ ordusunun Suriyadan çıxarılması məsələsi ilə yanaşı, ikitərəfli münasibətlərin inkişafı barədə də fikir mübadiləsi apardıqları qeyd olunub. Açıqlamada Prezident Donald Trampın Suriyanın şimal-şərqindən yarana biləcək təhdidlərlə bağlı Türkiyənin narahatlığının aradan qaldırılması üçün birlikdə əməkdaşlıq etmək istədiklərini vurğuladığı bildirilib.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”