Region
Güləndən böyük savaş ANONSU
Kiçik savaşdan böyük savaşa dönürük.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri FETÖ terror təşkilatının lideri Fətullah Gülən deyib. O, xarici ölkələrə qaçan təşkilat üzvlərindən danışıb:
“Bu dostların çoxu öz ölkələrində, vətənlərində, torpağını sürmə kimi gözlərinə çəkmək istədikləri öz yurdlarında onlara yaşamaq hüququ verilmədiyindən ölkələrini tərk edib başqa yerlərə hicrət edib. Bəziləri də daha əvvəldən ixtiyari olaraq hicrət edib, Avropa ölkələri, ABŞ da daxil olmaqla, dünyanın müxtəlif yerlərinə getmiş insanlardır. Gördüyünüz kimi, indi getdiyiniz yerdə millətə qarşı maddi mübarizə aparmağınızdan bəhs edilmir. Məsələyə dərindən baxdığımız vaxt əlamətin heç bir çeşidi ilə ona yol göstərmədiyi görünür. Amma cihadda eyni zamanda bu məsələdən də söhbət gedir: ona maddi cihad deyilir. İnsanlığın fəxr lövhəsi də belə bir cihaddan döndüyü zaman - “Cihadi əsgərdən cihadi əkbərə dönürük! (Kiçik savaşdan böyük savaşa dönürük) buyurur”.
FETÖ lideri “cihadi əsgər” ifadəsini işlədəndə “kiçik savaş”, yəni düşmənlə aparılan müharibə, “cihadi əkbərə dönürük” deyəndə isə “böyük savaşa”, yəni insanın öz nəfsi ilə olan savaşa qayıtması mənasında işlədib. İslam tarixində düşmənlə aparılan savaşdan sonra (“cihadi əsgər”) əldə edilən qənimətlərlə evə qayıdan insanın nəfs müharibəsi (cihadi əkbərə) başlayır.
FETÖ lideri Gülən isə Türkiyədən qaçan təşkilat üzvlərinin kiçik savaşının bitdiyini, böyük savaşının başladığını bildirib.
F.Gülən çıxışında ən çox 28 fevralda zərbə gördüyünü söyləyib:
“Mən 27 mayda onun silləsini yedim. 12 martı gördüm, onun təpiyini yedim, 12 sentyabrda onun qoşa təpiyini yedim. Fevralın 28-də həm yumruğunu, həm də təpiyini yedim”.
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək
-
Nida Xəbər 14:50
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
-
Dünya14:10
Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir