Qardaş ölkə ŞOKDA: 14 ölü, 14 yaralı - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Region

Qardaş ölkə ŞOKDA: 14 ölü, 14 yaralı - FOTO (YENİLƏNDİ)

Daxili işlər naziri Süleyman Soylu çökən bina ilə bağlı son məlumatları paylaşıb. O, hadisə nəticəsində 14 nəfərin həyatını itirdiyini, daha 14-nün yaralandığını bildirib.

***

İstanbulun Qartal bölgəsində binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən axşam saatlarında daha 4 nəfərin cansız bədəni dağıntıların altından çıxarılıb.

Hadisə bağlı mətbuata açıqlama verən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının 11 nəfərə çatdığını deyib. Nazir axtarış prosesini yerindəcə izləyib. Nazirin sözlərinə görə, meyiti tapılanların şəxsiyyətini müəyyən etmək üçün işlər davam edir.

Hadisədən sonra 13 yaralı uçan binanın dağıntıların arasından çıxarılıb. Onların 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, hadisə fevralın 7-də baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm