Bu zona Türkiyənin nəzarətində olmalıdır - Nazir
Bizi izləyin

Region

Bu zona Türkiyənin nəzarətində olmalıdır - Nazir

Suriya ərazisində Türkiyənin dövlət sərhədi boyunca təmin olunacaq təhlükəsizlik zonası bütün bölgə üçün əhəmiyyətlidir. Bu zonaya koalisiya qüvvələri yox, Türkiyənin hərbi birlikləri nəzarət etməlidir.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar Almaniyada keçirilən Münhen Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan toplantıda deyib. ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın müdafiə nazirlərinin iştirakı ilə keçirilən həmin toplantıda çıxış edən H. Akar diqqətə çatdırıb ki, Türkiyənin Silahlı Qüvvələri “Zeytun budağı” və “Firat qalxanı” antiterror əməliyyatları nəticəsində bölgədə üç mindən yuxarı İŞİD terrorçusunu zərəsizləşdirib.

Türkiyəli nazir söyləyib ki, ABŞ qüvvələrinin Suriyadan çıxarılması ilə bölgədəki boş ərazi digər terrorçu təşkilatların nəzarətinə keçməməlidir. Tələb olunan təhlükəsizlik zonası isə təkcə Türkiyə üçün deyil, eyni zamanda, öz yurd-yuvasına dönmək istəyən suriyalıların rahatlığı üçün də vacibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm