Ərdoğan Kəşmir hadisələrindən danışdı: qardaş davası...
Bizi izləyin

Region

Ərdoğan Kəşmir hadisələrindən danışdı: qardaş davası...

Hindistan və Pakistan arasında gərginliyin azaldılması üçün əlimizdən gələni edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon şəhərində xalq qarşısında çıxışı zamanı deyib. O qardaş davasına qarşı olduğunu bildirib:

“Gərginliyi artırmağın heç kimə faydası yoxdur. Əlimizdən gələni edəcəyik. İnşallah Türkiyənin səyləri nəticəsində problem həll ediləcək”.

Qeyd edək ki, bir müddət öncə Kəşmirdə Hindistan hərbçilərinə qarşı təşkil edilən teraktdan sonra Hindistanla Pakistan arasında münasibətlər gərginləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm