Ərdoğan açıqladı – Tarixi abidə məscid kimi fəaliyyət göstərəcək
Bizi izləyin

Region

Ərdoğan açıqladı – Tarixi abidə məscid kimi fəaliyyət göstərəcək

Aya Sofya məbədi məscid-muzey kimi fəaliyyət göstərə bilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, İstanbulun Aya Sofya məbədi martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra məscid-muzey kimi fəaliyyət göstərə bilər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Yeni Zelandiyada məscidlərdə törədilmiş terror aktlarını şərh edərkən Aya Sofyanın məscid kimi çalışmayacağını demişdi.

Onun sözlərinə görə, bir sıra qüvvələr Türkiyəni təxribata sürükləmək istəyirlər: "Türkiyə hakimiyyəti nəyi nə vaxt etməli olduğunu yaxşı bilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm