• USD 1,7000 0,00% EUR 1,8840 -0,15%
    • GBP 2,2176 +0,23% RUB 0,0275 -0,36%
election

Türkiyədə nəfəslər tutuldu: səslərin 99,1 faizi sayıldı, İstanbul... - NƏTİCƏLƏR (YENİLƏNİR)

  • Region
  • 1 Aprel 2019 08:38
  • 10 202 Baxış
Türkiyədə nəfəslər tutuldu: səslərin 99,1 faizi sayıldı, İstanbul... - NƏTİCƏLƏR (YENİLƏNİR)

Türkiyədə bələdiyyə seçkilərində səslərin 99,1 faizi sayılıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hazırkı nəticələr aşağıdakı kimdir:

AKP 44,42 faiz

CHP 30,07 faiz

MHP 7,25 faiz

İYİ 7,46 faiz

HDP 4,22 faiz

Digər - 6,58 faiz

“Cümhur ittifaqı” - 51,67 faiz

“Millət ittifaqı” - 37,53 faiz

Ankarada AKP 47,06, CHP isə 50,9 faiz səs toplayıb və nəticədə CHP-nin namizədi Mənsur Yavaş rəqibi Mehmet Özhasekiyə qalib gəlib.

İstanbulda isə AKP 48,7, CHP 48,65 faiz səs toplayıb. Bununla da, AKP-nin namizədi Binəli Yıldırım gərgin mübarizədə CHP-nin namizədi Ekrem İmamoğlunu üstələyib. CHP ölkənin üçüncü böyük şəhəri İzmirdə gözlənilən qələbəni qazanıb. Mustafa Tunc Soyer (58,02) AKP-nin nümayəndəsi Nihat Zeybekcini (38,62) geridə qoyub.

Ölkə üzrə 81 vilayətdən 24-də qələbə qazanan AKP 30 böyükşəhər bələdiyyəsindən 16-da liderliyi qoruyub. AKP 16 böyükşəhər, 24 vilayət, 538 mahal və 200 belde olmaqla, ümumilikdə, 778 bələdəyyədə qalib olub.

“Cümhur ittifaqı” blokunda AKP ilə birləşən MHP-nin göstəriciləri isə çox aşağı olub.

Seçkilərin ümumi nəticəsinə görə, “Millət ittifaqı”nda təmsil olunan CHP ikinci yerə sahibdir. CHP 10 vilayətdə və 10 böyükşəhər bələdiyyəsində seçicilərin etimadını qazanıb. Seçkilərdə iştirak edən digər partiyalar bir-birindən az fərqlə qalan yerləri bölüşürlər.

***

İstanbulda səslərin sayılması başa çatdı. AKP-nin İstanbuldakı namizədi Binəli Yıldlırım ölkənin ən böyük şəhərində qələbə qazandıqların elan edib.

CHP lideri Kamal Kılıçdaroğlu isə iddia edib ki, onların əlində olan məlumatlara görə, İstanbulda seçkiləri "Millət İttifaqı"nın namizədi Ekrem İmamoğlu qazanıb.

Ölkə üzrə 81 vilayətdən 24-də qələbə qazanan AKP 30 böyükşəhər bələdiyyəsindən 16-da liderliyi qoruyub. “Cümhur ittifaqı” blokunda AKP ilə birləşən MHP-nin göstəriciləri isə çox aşağı olub.

Seçkilərin ümumi nəticəsinə görə, “Millət ittifaqı”nda təmsil olunan CHP ikinci yerə sahibdir. CHP 10 vilayətdə və 10 böyükşəhər bələdiyyəsində seçicilərin etimadını qazanıb. Seçkilərdə iştirak edən digər partiyalar bir-birindən az fərqlə qalan yerləri bölüşürlər.

***

Türkiyədə bələdiyyə seçkilərində səslərin 83 faizindən yuxarı sayılıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hazırkı nəticələr aşağıdakı kimidir.

AKP 45,39 faiz

CHP 30,26 faiz

MHP 6,53 faiz

HDP 3,91 faiz

İYİ 7,28 faiz

Digər - 6,64 faiz

“Cümhur ittifaqı” - 51,92 faiz

“Millət ittifaqı” - 37,55 faiz

İstanbulda AKP 48,99, CHP 48,44 faiz, Ankarada AKP 47,45, CHP 50,33 faiz səs toplayır. CHP həmçinin ölkənin üçüncü böyük şəhəri olan İzmirdə də irəlidədir.

***

Türkiyədə bələdiyyə seçkilərində səslərin 38 faizi sayılıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hazırkı nəticələr aşağıdakı kimidir.

AKP 47,38 faiz

CHP 32,58 faiz

MHP 4,96 faiz

HDP 3,18 faiz

İYİ 5,95 faiz

Digər - 6,89 faiz

“Cümhur ittifaqı” - 52,29 faiz

“Millət ittifaqı” - 37,69 faiz

İstanbulda AKP 50,67, CHP 46,77 faiz, Ankarada AKP 48,23, CHP 48,95 faiz səs toplayır.

***

Türkiyədə bələdiyyə seçkilərində səslərin 27 faizi sayılıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, indiki nəticələr aşağıdakı kimidir.

AKP 47,99 faiz

CHP 29,97 faiz

MHP 4,93 faiz

HDP 3,56 faiz

İYİ 6,06 faiz

Digər - 7,49 faiz

“Cümhur ittifaqı” - 52,79 faiz

“Millət ittifaqı” - 36,4 faiz

Son nəticələrə görə, İstanbulda Binəli Yıldırım 51,35, Ekrem İmamoğlu isə 46,03 faiz səs toplayıb.

Paytaxt Ankarada AKP 51,3 faiz səslə seçkilərdə liderlik edir. AKP-ni 46,1 faiz səslə CHP izləyir.

***

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub.

Publika.az "Milliyyət" nəşrinə istinadən xəbər verir ki, səslərin təxminən 5 faizinin sayılmasından sonra ilkin nəticələr aşağıdakı kimidir.

AKP 52,64 faiz

CHP 8, 95 faiz

MHP 7,33 faiz

HDP 11,19 faiz

İYİ 5,99 faiz

Səadət Partiyası 4,96 faiz

DSP 3,13 faiz

BBP 0,61 faiz

İlkin nəticələrə görə, İstanbulda AKP ilə MHP-nin yer aldığı “Cümhur ittifaqı”nın namizədi Binəli Yıldırım 54,5 faizlə liderdir. Onu 43 faizlə CHP ilə İYİ Partiyanın yaratdığı “Millət ittifaqı”nın namizədi Ekrem İmamoğlu izləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR