Xalqımız ABŞ-a göstərəcək ki... – Zərif
Bizi izləyin

Region

Xalqımız ABŞ-a göstərəcək ki... – Zərif

ABŞ-ın sanksiyalarına baxmayaraq, İran sağ qalmağa davam edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“ABŞ-ın hərəkətlərinə baxmayaraq, biz nefti satmağa, sağ qalmağa davam edəcəyik və xalqımız ABŞ-a göstərəcək ki, bizimlə təzyiq vasitəsilə danışmaq olmaz”, - Zərif jurnalistlərinə deyib.

Daha əvvəl verilən məlumata görə, ABŞ Dövlət Departamenti bəzi ölkələrə İran neftini almağı qəti qadağan edəcək. Mayın 2-dən bütün ölkələr İran neftinin idxalını dayandırmağa məcbur ediləcək. Əks təqdirdə həmin ölkələr Amerika sanksiyaları ilə üzləşəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm