"ABŞ prezidenti terrorçudur" - Nazir Yaxın Şərqin sirlərini açdı
Bizi izləyin

Region

"ABŞ prezidenti terrorçudur" - Nazir Yaxın Şərqin sirlərini açdı

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampı terrorçu adlandırıb.

Publika.az xəbər verir ki, nazir ABŞ-ın İran xalqına qarşı açılan savaş qarşısında səssiz qalmayacaqlarını deyib.

Mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşən beynəlxalq xəbər qurumuna açıqlama verən Zərif bildirib ki, ABŞ-la yeni bir müzakirə məsələsi mümkünsüzdür: “Bizə qarşı iqtisadi terror tətbiq edən bir ABŞ prezidenti ilə müzakirə aparmarıq. Biz terrorçularla görüşmərik. Heç vaxt İran xalqına təktərəfli açılan bu savaşı qəbul etməyəcəyik. Çünki müharibənin qarşılığı elə müharibədir”.

Nazir bəzi ərəb ölkələrinin ABŞ və İsraillə əməkdaşlığını da sərt tənqid edib: “Bölgədə 2-3 ərəb ölkəsi öz təhlükəsizliklərini ABŞ ilə əməkdaşlıqda görür. Böyük xəta edirlər. Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dan milyard dollarlıq silah alaraq bölgədə ikinci İsrail olmaq istiqamətinə gedir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm