Minlərlə insan yüzlərlə avtobusla YOLA DÜŞDÜ - Hər kəs buna görə tətilini YARIMÇIQ QOYDU
Bizi izləyin

Region

Minlərlə insan yüzlərlə avtobusla YOLA DÜŞDÜ - Hər kəs buna görə tətilini YARIMÇIQ QOYDU

Sabah baş tutacaq İstanbul bələdiyyə sədrliyi seçkilərinə görə şəhər əhalisi tətillərini yarımçıq qoyaraq geri qayıdır.

Publika.az xəbər verir ki, CHP namizədi Əkrəm İmamoğlu və AKP namizədi Binəli Yıldırımın yarışdığı seçkilərdə iştirak etmək üçün 6 min insan Sivasdan yola düşüb. Vətəndaşlar AKP-nin Sivas filialı tərəfindən təsis edilən 150 avtobusla İstanbula gedib.

Konyadan isə seçkilər üçün gedən vətəndaşlara xüsusi nəqliyyat vasitələri ayrılıb. Onlar 8 saat davam edən 700 km yol qət edəcəklər.

Kastamonu şəhərində olan İstanbul qeydiyyatlı vətəndaşlar 110 avtobusla İstanbula doğru hərəkət edir.

Ərzurumdan 2315 istanbullu təyyarə və quru yolu ilə şəhərlərinə geri qayıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm