Region
İstanbulda seçkilər başa çatdı: qalibin adı məlumdur - YENİLƏNDİ
İstanbulda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Səslərin 99.19 faizinin sayılmasından sonra açıqlanan ilkin nəticələrə görə, Əkrəm İmamoğlu səslərin 54,01, Binəli Yıldırım isə 45,10 faiz səs toplayıb.
***
18:10
İstanbulda keçirilən bələdiyyə seçkilərində səsvermə yerli vaxtla saat 17:00-də (Bakı vaxtı ilə 18:00) başa çatıb. Səslərin sayılması prosesi başlayıb.
***
09:34
İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermə keçiriləcək.
Publika.az xəbər verir ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbulun Bəylikdüzü bələdiyyəsinin əvvəlki sədri Əkrəm İmamoğlu arasında olacaq. Digər namizədlər Səadət Partiyasından Necdet Gökçınar və Vətən Partiyasından Mustafa İlker Yüceldir.
Türkiyə vaxtı ilə saat 08.00-dan 17.00-dək davam edəcək seçkilərdə 10 milyon 560 min 963 seçici növbəti 5 illik müddətə İstanbulun yeni bələdiyyə sədrini seçmək üçün səs verəcək. Seçkilərlə əlaqədar İstanbulun 39 rayonunda 62-si cəzaçəkmə müəssisələrində, 156-sı səyyar olmaqla 31 min 342 məntəqə yaradılıb.
Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu