Türkiyədən son S-400 açıqlaması: "Gəlir..."
Bizi izləyin

Region

Türkiyədən son S-400 açıqlaması: "Gəlir..."

“S-400 məsələsində qərar verildi. İyul ayı rəzində ilk partiya təhvil veriləcək. Olsunmu, olmasınmı, alaqmı, almayaqmı nöqtəsində deyilik”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.

Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra açıqlama verən sədr bildirib ki, S-400 mövzusu başda olmaqla, Türkiyə üzərində ABŞ və NATO vasitəsilə beynəlxalq təzyiq qurmağa çalışırlar: “Bu təzyiqi haqlı hesab etmirik. Çünki Rusiya istehsalı olan S-300 müdafiə komplekslərinə sahib olan NATO ölkələri var. Bu ölkələrə isə etiraz olunmur”.

Şəntop bildirib ki. S-400 məsələsini F-35 proqramı ilə əlaqələndirən bəzi amerikalı siyasətçilərdir: “F-35 proqramı razılaşdırılıb, pulu ödənilib və istehsal aparılıb. Layihədən Türkiyənin çıxarılması nöqtəsinə hələ gəlməmişik. Əks halda, bütün beynəlxalq razılaşmaların heç bir hökmü qalmayacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm