İran son qərarını açıqladı: sərhədi keçməyəcək
Bizi izləyin

Region

İran son qərarını açıqladı: sərhədi keçməyəcək

İran uranın zənginləşdirilməsində 4,5 səviyyəsini keçməyəcək.

Publika.az xəbər verir ki, bunu İran Atom Enerjisi Qurumunun mətbuat katibi Bəhruz Kamalvəndi deyib.

Depolarda zənginləşdirilmiş uranın 300 kq-dan çox olduğunu və bunu hər ötən gün artıracaqlarını dilə gətirən sözçü bildirib ki, uranın zənginləşdirilməsi texniki və siyasi proseslərə bağlıdır: “Siyasi gündəmlə əlaqəli olaraq uranın səviyyəsi arta bilər. Çünki siyasi səbəblərdən dolayı məhdudlaşdırılmışdı. Uranın zənginləşdirilməsi sürətli qatar kimidir. Növbəti mərhələdə 20% olacaq. Ölkəmizin hazırkı ehtiyacı 4,5 səviyyəsindədir. Hazırda İranın səviyyəni keçməyə ehtiyacı yoxdur”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə imzalanan “Birgə Hərtərəfli Fəaliyyət Planı” (KOEP) adlı nüvə razılaşması Tehrana uranı 3, 67 zənginləşdirmə haqqı verirdi. ABŞ 8 may 2018-ci ildə təktərəfli şəkildə bu razılaşmadan çıxıb və İrana sanksiya tətbiq etməyə başlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm