Region
İran bunun üçün yeni üsullar axtarır - Abbas Arakçi
İran INSTEX-in xüsusi mexanizmindən başqa, ABŞ-ın sanksiyalarından yayınmağın yeni üsullarını axtarır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin başçısının müavini Abbas Arakçi bildirib.
O qeyd edib ki, belə üsullardan biri INSTEX mexanizmi hesab edilir.
“Düzdür, o hələ işləmir, amma artıq işə salınmanın final mərhələsindədir”, - Arakçi əlavə edib.
Xatırladaq ki, bu ilin fevralında Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb. Mexanizmin vəzifəsi Amerika sanksiyalarının bərpasından sonra İranla maliyyə hesablaşmaları üçün ödəniş kanalını yaratmaq və İranla ticarəti canlandırmaqdır.
Mexanizm aşağıdakı qaydada hərəkət edəcək: İran Avropaya neft və başqa malları çatdıracaq, ancaq qazanılmış pul İran banklarına deyil, İrana sənaye malları, dərmanlar və ərzaq çatdıran şirkətlərə göndəriləcək.
Ömər Dağlı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO































