Ankaradan ABŞ-a SƏRT MESAJ: F-35-ləri ala bilməsək...
Bizi izləyin

Region

Ankaradan ABŞ-a SƏRT MESAJ: F-35-ləri ala bilməsək...

Döyüş təyyarəsinə ehtiyacımız var. F-35-ləri ala bilməsək, yeni alternativlər axtaracağıq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində Estoniyanın xarici işlər naziri Urmas Reynsalu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Bir jurnalistin Türkiyənin Rusiyadan döyüş təyyarəsi alıb-almayacağına ilə bağlı sualına cavab verən Çavuşoğlu Rusiyanın bölgədə bir reallıq olduğunu, Rusiya ilə Türkiyənin yaxşı iqtisadi əlaqələrə malik olduğunu söyləyib.

Çavuşoğlu Türkiyənin ABŞ-dan hava hücumundan müdafiə sistemləri almağa çalışdığını, ancaq ala bilmədiyini xatırladıb.

“Bu, təcili bir ehtiyac idi və S-400-ləri almaq məcburiyyətində qaldıq. Biz F-35 proqramında ortağıq. Bu günlərdə ABŞ bəzi problemlər çıxarır, amma biz hələ 9 ortağın olduğu proqramın bir parçasıyıq. Türkiyə F-35-lərin bəzi hissələrini istehsal edir. Biz F- 35 döyüş təyyarəsi almaq istəyirik və bunun üçün 1.4 milyard dollar ödədik. Döyüş təyyarələrinə ehtiyacımız var. F-35-lər almasaq, yeni alternativlər axtaracağıq”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.

Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Çavuşoğlu Krımın qanunsuz ilhaqını tanımadıqlarını, bəzi Qərb ölkələrinin bunu zaman-zaman unutduğunu söylədi.

“Demək istədiyim budur ki, Rusiya ilə münasibətlərimiz Ukrayna ilə münasibətlərimizə alternativ deyil. Rusiya və ya başqa bir ölkə ilə münasibətlərimiz NATO üzvlüyümüzə, NATO daxilindəki həmrəyliyimizə və ya ümumiyyətlə Qərblə münasibətlərimizə alternativ deyil”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından sonra ABŞ Ankaraya F-35 qırıcılarını satmaqdan imtina edib. Ankaranın yeni alternativlər axtaracağını açıqlamasından sonra Moskva Türkiyəyə hərbi təyyarələr satmağa hazır olduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm