Region
Yeddi trilyonluq yeni müharibə və... - İrandan DƏHŞƏTLİ XƏBƏRDARLIQ
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsrailin baş naziri Benyamin Netanyahunun İranın gizli nüvə proqramı ilə bağlı iddiasını rədd edib.
Publika.az xəbər verir ki, nazir sosial şəbəkəsindəki hesabında paylaşdığı mesajında İsrailin müharibə üçün bəhanə axtardığını bildirib.
Zərif İsrailin nüvə arsenalına toxunaraq “nüvə silahının əsl sahibi olan yalançı çoban ağlayır” yazıb və mesajını təsdiqləmək üçün “Sunday Times” qəzetinin 1996-cı il 6 oktyabr tarixli “İsrailin gizli nüvə arsenalı” başlıqlı məqaləsinin şəklini paylaşıb.
ABŞ prezidentinin milli təklükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton, Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeyddən ibarət dördlüyü "B komandası” adlandıran xarici işlər naziri “Tramp və “B komandası” yalnız müharibə istəyir. Günahsız insanların qanı və başqa bir 7 trilyon dolların hesabına” yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Yaxın Şərqdəki müharibələrə 7 trilyon dollar xərclədiyini və ölkənin lehinə konkret bir nəticənin olmadığını söyləmişdi.
Xatırladaq ki, İsrailin baş naziri ötən gün xalqa müraciətində İranın nüvə proqramına aid gizli bölgələrin İsrail tərəfindən kəşf edilərək məhv edildiyini iddia edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO