Türkiyə ABŞ-a nota göndərdi
Bizi izləyin

Region

Türkiyə ABŞ-a nota göndərdi

ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Devid Satterfayld Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Nümayəndələr Palatasında 1915-ci il hadisələri ilə bağlı qəbul olunan qərar layihəsi və sanksiyalara dair ABŞ-a etiraz notası göndərildiyi bildirilib.

Nota əsverməyə çıxarılan tarixi və hüquqi təməlləri olmayan qərar və “Barış pınarı” hərəkatı ilə bağlı Türkiyəyə sanksiyaların tətbiq olunması ilə bağlı verildiyi qeyd olunub.

Qeyd edək ki, oktyabrın 29-da ABŞ-ın Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihəni qəbul edib. 405 konqresmen qətnamənin lehinə, 11-i isə əleyhinə səs verib.

Layihəni Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Demokratlar Partiyasının üzvü, Kaliforniya dan konqresmen, ermənipərəst Adam Şiff təqdim edib. Məlumata görə, qətnamə Konqresin Yuxarı Palatasında (Senat) da səsverməyə çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm