TBMM-dən Nümayəndələr Palatasının qərarına CAVAB
Bizi izləyin

Region

TBMM-dən Nümayəndələr Palatasının qərarına CAVAB

Türkiyə Böyük Millət Məclisi (TBMM) ABŞ-ın Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”na dair qərarını pisləyən, rədd edən və hüquqi qüvvədən düşməsini bildirən qətnamə qəbul edib.

Publika.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi bildirib.

"ABŞ-ın Nümayəndələr palatasının bir sıra dairələrin qondarma erməni soyqırımı iddiaları ilə bağlı gündəmə gətirdiyi söz-söhbətlərə sahib çıxmasını, ağıl və vicdan sahibi üzvlərinin etirazlarına baxmayaraq, bir qərar olaraq rəsmiləşdirməsini Türkiyə parlamenti adından qətiyyətlə qınayır və rədd edirik", - sənəddə qeyd olunub.

Sənəd müəllifləri sözügedən qətnaməni tarixi gerçəkliyi təhrif etmək cəhdi kimi dəyərləndiriblər.

Daha əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nümayəndələr Palatasında qəbul olunan qətnamələri şərh edib.

“Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm özləri çalıb, özləri oynayacaqlar. Bununla belə ölkəmizə atılan iftiranın parlamentdə qəbul edilməsindən məyusuq. Onlara dedik ki, bu tarixçilərin, arxeoloqların işidir, səlahiyyət verək, onlar bu işi görsünlər. Buna siyasət donu geyindirməyək. Tarixləri soyqırımı, köləlik və müstəmləkəçiliklə dolu olan ölkənin Türkiyəyə dərs keçmək, söz demək haqqı ola bilməz. Lazım olan cavablar veriləcək. ABŞ-la siyasi müttəfiqliyimizə dair problemlərin həll olunacağına da ümid edirəm”, - Ərdoğan bildirib.

Qeyd edək ki, oktyabrın 29-da ABŞ-ın Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihəni qəbul edib. 405 konqresmen qətnamənin lehinə, 11-i isə əleyhinə səs verib. Layihəni Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Demokratlar Partiyasının üzvü, Kaliforniya dan konqresmen, ermənipərəst Adam Şiff təqdim edib. Qətnamə Senatda səsverməyə çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm