Avtobus sürücüsü polislərə yalvardı: "Məni öldürün" - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Avtobus sürücüsü polislərə yalvardı: "Məni öldürün" - VİDEO - (YENİLƏNDİ)

Beşiktaşda sərnişin avtobusunu vətəndaşların üzərinə sürən, 3 nəfəri bıçaqla yaralayıb daha sonra özünü dənizə atan sürücünün görüntüləri mobil telefonların yaddaşına köçürülüb.

Publika.az xəbər verir ki, sürücü polisə "məni öldürün" deyərək yalvarıb.

***

21:05, 3 noyabr

İstanbul Böyükşəhər Bələdiyyəsinin mətbuat katibi Murat Onqunun açıqlamasına görə, hadisə zamanı yaralananların sayı 14-ə çatıb.

Publika.az xəbər verir ki, Necdet K. adlı sürücü əvvəlcə avtobusu dayanacaqdakı sərnişinlərin üzərinə sürüb. Daha sonra əlində bıçaqla avtobusdan enib və 3 nəfərə xəsarət yetirib. Sonra isə Beşiktaş Qülləsindən özünü suya atıb.

Polis onu sudan çıxarıb və bölməyə aparıb.

Yaralılardan 2-nin vəziyyəti ağırdır.

***

18:35

İlkin məlumata görə, sərnişin avtobusunun sürücüsü 3 nəfəri bıçaqlayıb. Daha sonra bilərək avtobusu dayanacaqdakı vətəndaşların üzərinə sürüb.

Hadisə zamanı 9 nəfər yaralanıb.

Qaçaraq özünü dənizə atan sürücü daha sonra polis tərəfindən saxlanılıb.

***

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu dayanacağa girib.

Publika.az xəbər verir ki, Beşiktaş səmtində baş verən hadisə zamanı çox sayda insan yaralanıb.

Olay yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.


Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm