Türkiyədə sərnişin təyyarəsi üç yerə bölündü: 3 ölü, 179 yaralı - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Region

Türkiyədə sərnişin təyyarəsi üç yerə bölündü: 3 ölü, 179 yaralı - VİDEO (YENİLƏNDİ)

İstanbulun Səbihə Göyçən hava limanında təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə nаziri Fəxrəddin Qoca məlumat yayıb.

Nazir bildirib ki, hadisə nəticəsində xəsarət alanların sayı 179 isə nəfərə çatıb.

***

05.02.2020 23:54

İstanbulun Səbihə Göyçən hava limanında təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər həyatını itirib. 157 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***

22:32

İstanbul valisi Ali Yerlikaya Səbihə Göyçən hava limanında baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib.

Publika.az-ın məlumatına görə, o bildirib ki, eniş zamanı layner təqribən 30-40 metr yüksəklikdən yerə çırpılıb. Nəzarətdən çıxan layner 60 metr sürüklənib. Hadisə zamanı göyərtədə 177 sərnişin və 4 heyət üzvü olub. Onlardan 120-si xəstəxanalara yerləşdirilib.

***

19:59

Türkiyənin Nəqliyyat Nazirliyi İstanbulda qəzaya uğrayan təyyarə ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, hadisə zamanı təyyarədə 177 sərnişin və 6 heyət üzvü olub. Açıqlamaya görə, hələlik tələfat barədə məlumat daxil olmayıb. Lakin 52 nəfər xəsarət alıb. Onlar xəstəxanalara yerləşdirilib.

***

19:41

İstanbuldakı Səbihə Göyçən hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb. İlkin məlumatlara görə, İzmir-İstanbul marşrutu üzrə hərəkət edən layner eniş zamanı zolağdan çıxaraq 3 yerə parçalanıb. Ardınca təyyarədə güclü yanğın baş verib. Qeyri-rəsmi mənbələrə görə, hadisə zamanı göyərtədə 171 sərnişin olub.

Tələfat barədə məlumat yoxdur. Yaralıların olduğu deyilir. Qəza səbəbiylə hava limanındakı bütün səfərlər dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm