Ermənistanda onlarla insan zəhərləndi
Bizi izləyin

Region

Ermənistanda onlarla insan zəhərləndi

Ermənistanın Sünik və Lori əyalətlərində son günlər bütövlükdə 49 sakin şirniyyatdan zəhərlənərək bağırsaq xəstəliyi ilə xəstəxanalara yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, yanvarın 27-dən fevralın 6-na kimi bağırsaq xəstəliyinin əlamətləri ilə xəstəxanalara çatdırılanların hamısı “Zeytun” şirkətinin istehsal etdiyi eklerlərdən dadıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm