Türkiyədə koronavirusdan ölənlərin sayı 4 340 nəfərə çatdı
Bizi izləyin

Region

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 340 nəfərə çatdı

Türkiyədə son sutka ərzində 32 nəfər koronavirusdan dünyasını dəyişib.

Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1141 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4340, yoluxanlar isə 156 min 827 nəfərə çatıb.

Türkiyədə indiyədək 118 min 694 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm