Türkiyədə koronavirusdan ölənlərin sayı 6 mini keçdi
Bizi izləyin

Region

Türkiyədə koronavirusdan ölənlərin sayı 6 mini keçdi

Türkiyədə son sutka ərzində 1 263 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 20 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 016, yoluxanlar isə 251 min 805 nəfərə çatıb.

Türkiyədə indiyədək 232 min 913 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm