Türkiyədə daha 18 nəfər koronavirusdan öldü
Bizi izləyin

Region

Türkiyədə daha 18 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində 1 443 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 18 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 139, yoluxanlar isə 259 min 692 nəfərə çatıb.

Türkiyədə indiyədək 237 min 908 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm