Türkiyədən daha bir JEST: Azərbaycana iki mahnı bəstələndi - VİDEO
Bizi izləyin

Region

Türkiyədən daha bir JEST: Azərbaycana iki mahnı bəstələndi - VİDEO

Türkiyədə "Rüzgarlı Tepe'nin Çocukları" və Esenler Belediyesi Sanat Evi (ESEV) təlimçiləri Azərbaycana dəstək məqsədilə konsert veriblər.

Publika.az xəbər verir ki, ESEV müəllimləri və musiqi təhsili alan şagirdlər Azərbaycana dəstək üçün iki mahnı bəstələyiblər.

ESEV tərkibində olan "Rüzgarlı Tepe'nin Çocukları" adlı qrup bu dəfə "Can Azərbaycan" və "Azərbaycan-Türkiyə" adlı mahnılar bəstələyiblər.

Qrupun solisti Cengizhan Enginin sözlərinə görə, Azərbaycanda yaşanılan sıxıntılar Türkiyədə də müəyyən hisslər yaradıb: "Azərbaycan belə sıxıntılar yaşadığı üçün biz də səsimizi bir yerlərə çatdırmağa çalışdıq".

Qrupun üzvləri bəstələdikləri mahnılarla Azərbaycana dəstək olduqlarını dilə gətiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm