Türkiyənin yerli və milli imkanlarla yaratdığı yeni hərbi texnikası - FOTO
Bizi izləyin

Region

Türkiyənin yerli və milli imkanlarla yaratdığı yeni hərbi texnikası - FOTO

TÜMOSAN “Pusat” zirehli texnikasının sınaqlarına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin baş katibi Həlim Tosun bildirib.

Yerli ve milli imkanlarla geliştirildi... Pusat'ın testleri başladı

Onun sözlərinə görə, motor, transmissiya, köçürmə detalları və missiya avadanlıqlarına qədər 100% yerli və milli imkanlarla ərsəyə gətirilən texnika yaxın müddətdə Türkiyənin müdafiə sənayesinin arsenalına təqdim olunacaq.

H.Tosun “Pusat”ın ən əhəmiyyətli xüsusiyyətinin 100% yerli və milli imkanlar sayəsində meydana çıxması olduğunu bildirib. Tamamilə TÜMOSAN-ın öz qaynaqları əsasında yaradılan texnikanın mina testləri də uğurla başa çatıb.

Şirkət rəhbəri qeyd edib ki, hava və dəniz müdafiə sistemləri üzərində də işlər gedir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm