Türkiyədən Səudiyyə Ərəbistanı-Qətər yaxınlaşmasına REAKSİYA
Bizi izləyin

Region

Türkiyədən Səudiyyə Ərəbistanı-Qətər yaxınlaşmasına REAKSİYA

Türkiyə tərəfi Səudiyyə Ərəbistanı Krallığı ilə Qətər dövləti arasında nəqliyyat əlaqələrinin yanvarın 5-dən etibarən bərpasını məmnuniyyətlə qarşılayır.

Publika.az xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlamada qeyd olunur ki, iki ölkə arasında quru, su və hava nəqliyyatı əlaqələrinin bərpa olunması 2017-ci ilin iyun ayından davam edən ixtilafın həlli istiqamətində mühüm addımdır. Küveyt başda olmaqla bu məsələdə vasitəçilik edənlərə minnətdarlıq ifadə olunur.

Bildirilir ki, Körfəz Əməkdaşlıq Şurasının strateji ortağı olan və körfəz bölgəsində təhlükəsizliyin və sabitliyin qorunmasına önəm verən Türkiyə bu istiqamətdən bütün səyləri dəstəkləməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm