Ərdoğan məhkəməyə müraciət etdi - Milyonluq tələb
Bizi izləyin

Region

Ərdoğan məhkəməyə müraciət etdi - Milyonluq tələb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Publika.az-ın məlumatına görə, buna səbəb CHP liderinin ona “sözdə prezident” deməsidir.

Prezident Kılıçdaroğlundan “prezidentə həqarət” ittihamı ilə 1 milyon TL mənəvi kompensasiya tələb edir.

Ərdoğanın vəkili Hüseyin Aydın məsələ ilə bağlı açıqlamasında bu sözlərin prezidentin şərəf və ləyaqətinə zərər vurduğunu, hüquqlarının ağır formada zədələdiyini bildirib.

Qeyd edək ki, K.Kılıçdaroğlu “Mətbuat Elanı Qurumu bir mənada mətbuat linç qurumuna çevrilirsə, oturub düşünmək lazımdır. Necə bir demokratiya və necə bir media yaratmaq istəyirlər? 2020-ci ildə Türkiyədə bir ölkənin sözdə prezidenti bir qəzeti birbaşa hədəf göstərib “mən o qəzeti oxumuram, siz də alıb oxumayın” deyı çağırış edirsə, orada media üzərindəki təzyiqi düşünün” sözlərini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm