Türkiyənin vitse-prezidenti peyvənd olundu
Bizi izləyin

Region

Türkiyənin vitse-prezidenti peyvənd olundu

Türkiyənin vitse-prezidenti Fuad Oqtay peyvənd edilib.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, vaksinasiya Ankara Dövlət Xəstəxanasında həyata keçirilib.

Yanvarın 14-dən Türkiyədə əhalinin koronavirusdan kütləvi peyvənd edilməsinin birinci mərhələsinə başlanılıb. “CNN Turk” telekanalının məlumatına görə, vaksinasiyanın bu mərhələsi 65 yaşdan yuxarı şəxslərə və tibb işcilərinə tətbiq ediləcək. Proqrama daxil edilən bütün xəstəxanalar vaksinlərin dozalarını alıb. Son bir neçə gün ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və səhiyyə naziri Fahrettin Koca peyvənd olunublar.

Səhiyyə Nazirliyinin son məlumatına əsasən, artıq 669 mindən çox insan koronavirusdan peyvənd edilib.

Türkiyədə Çinin “Sinovac Biotech” şirkəti tərəfindən hazırlanmış “CoronaVac” vaksinindən istifadə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm