Akardan Türkiyə və Azərbaycan ordularıyla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Bizi izləyin

Region

Akardan Türkiyə və Azərbaycan ordularıyla bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Türkiyə və Azərbaycan Silahlı Qüvvələri onlara veriləcək hər cür əmri yerinə yetirməyə qadir olduğunu göstərib.

Publika.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “Qış-2021 Türkiyə-Azərbaycan Birgə Qoşun Qüvvələrinin Təlimi”ndəki çıxışında deyib.

Onun sözlərinə görə, hər iki Silahlı Qüvvələr təchizatı, ixtisaslı kadrları ilə veriləcək əmrləri havada, quruda və dənizdə, qışda və yazda, dağda və yamacda yerinə yetirməyə qadir olduğunu nümayiş etdirib: “Hər cür təhdid və təhlükəyə qarşı hazır olmalıyıq. Çünki təhdid və təhlükələrin sadəcə sayı deyil, keyfiyyəti də dəyişib”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm