Region
Rusiya və Gürcüstan bu məsələdə dil tapa bilmədilər
“Rusiya və Gürcüstan arasında birbaşa aviareyslərin bərpası məsələsi həll olunmamış qalır”.
Publika.az xəbər verir ki, bunu Rusiyanın senatoru Qriqori Karasin TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, uçuşların bərpası məsələsi koronavirus pandemiyasından da asılıdır: “Gürcüstan tərəfi hər zaman Rusiya vətəndaşlarını qəbul etməyə hazır olub. Lakin reyslərin bərpası üçün lazımi şərtlər yaratmaq lazımdır. Gürcüstana yollanan vətəndaşlarımız özlərini təhlükəsizlikdə hiss etməlidirlər. İndi bu məsələyə tibbi və sağlamlıq təhlükəsizliyi də əlavə olunub”.
Qeyd edək ki, Rusiya Gürcüstanla birbaşa uçuşları 2019-cu ilin iyulun 8-də dayandırıb. Gürcüstan martın 1-dən etibarən hava sərhədlərini Rusiya vətəndaşları üçün açıb.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




































