Akardan SON DƏQİQƏ AÇIQLAMASI: "Fərqli hadisələr baş verə bilər..."
Bizi izləyin

Region

Akardan SON DƏQİQƏ AÇIQLAMASI: "Fərqli hadisələr baş verə bilər..."

"Misirin Şərqi Aralıq dənizindəki Türk qitə şelfinin sərhədlərinə hörmət etməsi çox vacibdir"

Publika.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Misirlə münasibətlərdən danışarkən deyib.

"Bu, çox vacib prosesdir, davam edəcəyini gözləyirik. Misirlə bir çox ortaq tarixi və mədəni dəyərlərimiz var. Bunlar işə salındıqda, qarşıdakı günlərdə fərqli hadisələrin baş verə biləcəyini düşünürük. İstəyirəm bunu biləsiniz ki, bu səylər bizim işimizə uyğundur və Misir xalqının da marağındadır. Xarici İşlər Nazirliyimiz lazımi işləri əlaqədar qurum, təşkilat və nazirliklərlə koordinasiyalı şəkildə həyata keçirir. Bu işlər aparılır və onların müsbət nəticələr verməsini gözləyirik", - deyə Akar vurğulayıb.

Nazir deyib ki, Ankara beynəlxalq hüquqa uyğun olaraq problemləri dialoq yolu ilə həll etmək üçün danışıqlara açıqdır.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm