Türkiyə ordusu 25 PKK terrorçusunu MƏHV ETDİ
Bizi izləyin

Region

Türkiyə ordusu 25 PKK terrorçusunu MƏHV ETDİ

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Hakurk və Qəndil bölgələrindəki hava əməliyyatı zamanı PKK-nın 25 terrorçusunu zərərsizləşdirib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, zərərsizləşdirilən qrup arasında onun rəhbəri də var.

“Xəbərdarlıq etdik: PKK terror təşkilatı Qəndil də daxil olmaqla, özünü heç bir yerdə rahat hiss etməyəcək. Terrorçuların qaçmağa başqa yeri yoxdur”, - nazir deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm