Region
Kremlin hədəfi bəllidir: Yazda MÜHARİBƏ BAŞLAYACAQ
Donbasda gərginlik mümkündür. Belə gözlənti hər qışın sonunda olub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrımçak deyib. O, Ukrayna ordusunun bütün provokasiyalara cavab verəcəyini bildirib:
“Bu gün Rusiya həm daxili, həm xarici vəziyyət baxımından elə də yaxşı vəziyyətdə deyil. Bir neçə həftə əvvəl mən hesab edirdim ki, gərginləşmə böyük ehtimalla olmayacaq, çünki Rusiya “Şimal axını 2” işə salınmazdan öncə buna getməyəcək. Bu gün isə onlar artıq anlayırlar ki, bu layihə böyük ehtimalla işləməyəcək. Rusiya hökumətinə daxildə dəstək böyükdür, amma azalır. Payızda isə Dumaya seçkidir. Ona görə də əhalinin diqqətini soyuducudan televizora yönləndirmək və ona başa salmaq lazımdır ki, ətrafında ancaq düşmənlər olduğu üçün lider və onun partiyası ətrafında birləşmək lazımdır. Ona görə də düşünürəm ki, ordu havalar istiləşən kimi ola biləcək provokasiyalara hazırlaşmalıdır”.
Qrımçak Rusiyaya qarşı sanksiyaların gücləndiyini və buna görə də ölkə daxilində gərginliyin artdığını deyib:
“Mən bir neçə gün Rusiya televiziyalarına baxdım. Onlar əhalini maliyyə, qida problemlərinin sürətli dərinləşməsinə hazırlayırlar. Yəni Rusiyanın xüsusilə Donbasla bağlı yatırımlarını artırmaması üçün heç bir səbəbi yoxdur. Bunu gözləmək lazımdır. Onlar bu “respublikaları” Ukraynaya özlərinin şərtləri əsasında birləşdirmək planlarını baş tutmayacağını anlasalar gərginləşmə yoluna gedəcəklər. Hətta öz hərbçilərinin Donbas ərazisinə rəsmi şəkildə yeridilməsi də mümkündür. Onlar bunun haqqında rəsmi şəkildə bəyan edirlər. Onlar açıq şəkildə eskalasiyanın dayandırılması üçün Rusiya sülhməramlılarının yeridilməsindən bəhs edirlər. Yəni Osetiya, Abxaziya və Dnestryanının təkrarını istəyirlər”.
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
































.jpg)